"Turan Tovuz"da növbəti rusiyalı

"Turan Tovuz"da növbəti rusiyalı

"Turan Tovuz" qapıçı transfer edib.

"Mediasport" xəbər verir ki, bölgə klubu rusiyalı qolkiper Aleksey Kenyaykinlə 2 illik müqavilə imzalayıb.

27 yaşlı çərçivə qoruyucusu ilk dəfə legioner həyatı yaşayacaq.

O, karyerası ərzində "Orenburq", "Torpedo" (Moskva) və "Volqa" (Ulyanovsk) klublarının da formasını geyinib.