Premyer Liqada çalışmış əcnəbi mütəxəssislərin sayı açıqlandı

Azərbaycan Premyer Liqasında 1-ci turun oyunları davam edir.
"Mediasport" xəbər verir ki, çempionatın startı iki legioner baş məşqçinin debütü ilə əlamətdar olub.
Portuqaliyalı Xorxe Kaskilya "İmişli"nin, serbiyalı Saşa İliç "Sumqayıt"ın "sükanı arxası"nda ilk çempionat matçına çıxıb.
Beləliklə, Premyer Liqa (əvvəllər güclülər dəstəsi) tarixində meydana baş məşqçi və ya əvəzi kimi komanda çıxaran əcnəbi mütəxəssislərin sayı 67-yə çatıb.
Kaskilya ilk portuqaliyalı olubsa, İliç 5-ci serbiyalıdır. Saşa həm də "Sumqayıt"da 3-cü legioner çalışdırıcısı olub.
Debütant "İmişli" Premyer Liqanın ilk turunda "Turan Tovuz"a uduzub (0:1), "gənclik şəhəri" təmsilçisi isə "Kəpəz"i məğlub edib (3:0).