"Turan Tovuz"un "Fənərbaxça" ilə matçına 12 mindən çox bilet satılıb
Oktyabrın 3-də yoldaşlıq oyunu çərçivəsində Bakıda keçiriləcək "Turan Tovuz" - "Fənərbaxça" (Türkiyə) qarşılaşmasına satılan biletlərin sayı açıqlanıb.
Klubdan "Mediasport"a verilən məlumata görə, bu saata 12 mindən çox bilet alınıb.
Görüş gününə qədər 25 min biletin satılacağı gözlənilir.
Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matç saat 20:00-da start götürəcək.

