"Araz-Naxçıvan"da yeni müqavilə
"Araz-Naxçıvan" klubu futbolçusu İbrahim Piriyevlə müqavilənin müddətini uzadıb.
"Mediasport" xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisi məlumat yayıb.
21 yaşlı cinah yarımmüdafiəçisi ilə anlaşma 2 il müddətinə nəzərdə tutulub.
İ.Piriyev 2025/2026 mövsümündə "Araz-Naxçıvan"ın əvəzedici heyətində çıxış edib. O, ötən mövsüm Premyer Liqada "Zirə" ilə son tur oyununda debüt edib.
Qeyd edək ki, "Araz-Naxçıvan" buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov və Ülvi İsgəndərovla yeni müqavilə imzalayıb.


