Premyer Liqa təmsilçisindən ayrıldı, 1-ci liqa klubunda forma geyinəcək
"Karvan-Yevlax"dan ayrılan Nika Çaçaşvilinin yeni komandası müəyyənləşib.
"Mediasport" xəbər verir ki, 22 yaşlı futbolçu karyerasını 1-ci liqada davam etdirəcək.
Yarımmüdafiəçi "Mingəçevir"ə keçib. Onunla mövsümün sonunadək müqavilə bağlanılıb.
