"Turan Tovuz"un koordinatoru bölgə klubunun baş məşqçisi oldu
“Turan Tovuz” Akademiyasının koordinatoru Rasim Əliyev 2-ci Liqa klubu "Şəmkir"in baş məşqçisi təyin edilib.
"Mediasport" xəbər verir ki, A kateqoriyalı mütəxəssis qərb təmsilçisi ilə 6 ay+1 illik müqavilə bağlayıb.
Azərbaycan Premyer Liqasında tarixə ən gənc baş məşqçi kimi düşmüş Əliyev daha əvvəl “Turan”, “Rote Fahne”, “Neftçala” komandalarının da baş məşqçisi olub.
O, “Feyenoord”, “Utrext”, PSV Eyndhoven (hamısı Niderland), “Fənərbağça”, “Gənclərbirliyi” (hər ikisi Türkiyə) və “Dinamo” (Tbilisi, Gürcüstan) klublarının düşərgəsində təcrübə keçib.




