"Neftçi"nin futbolçusu karyerasını Braziliyada davam etdirəcək?

"Neftçi"nin futbolçusu karyerasını Braziliyada davam etdirəcək?

"Neftçi"nin futbolçusu Vensan Abubakar karyerasını Braziliyada davam etdirə bilər.

"Mediasport" xəbər verir ki, təcrübəli forvard "Vasko de Qama" klubuna təklif olunub.

Məlumata görə, Rio de Janeyro təmsilçisi 33 yaşlı hücumçunun keçidi üzərində müzakirələrə başlayıb. Kamerunlunun Cənubi Amerikaya yollanmağa isti yanaşdığı deyilir.

Bildirilib ki, "Neftçi"nin yeni baş məşqçisi Yuri Vernidub da Abubakarı əsas heyətin daimi üzvü kimi görmür.

Xatırladaq ki, afrikalının "ağ-qaralar"la yayadək müqaviləsi var.

Samir Abasovun rəhbərliyi dönəmində daha çox şans qazanan Abubakar “Neftçi”nin heyətində 10 oyun keçirib, 5 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.