Kubokda finala vəsiqə qazanan əcnəbi məşqçilər - SİYAHI

Kubokda finala vəsiqə qazanan əcnəbi məşqçilər - SİYAHI

"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas Azərbaycan Kubokunun finalına vəsiqə qazanan 13-cü legioner mütəxəssis olub.

"Mediasport" xəbər verir ki, litvalı mütəxəssisin komandası yarımfinalda "Qarabağ"ı mübarizədən kənarlaşdırıb (2:2, 2:1).

Masazır təmsilçisi finalda Rəşad Sadıqovun baş məşqçilik etdiyi "Zirə" ilə üz-üzə gələcək.

Xatırladaq ki, həlledici oyun mayın 13-də, saat 20:00-da baş tutacaq.

Azərbaycan Kubokunun finalına vəsiqə qazanan çalışdırıcıların siyahısı:

Cüneyt Biçer, Mirça Rednik, Yuri Maksimov, Valentin Xodukin, Roman Qriqorçuk, Anatoli Konkov, İqor Nakoneçnı, Kaxaber Tsxadadze, Con Toşak, Yuri Syomin, Laurentsiu Regekampf, Vasili Berezutski, Valdas Dambrauskas

View this post on Instagram

A post shared by AzPFL (@azpfl)