Türkiyənin Superliqa klubu Emmanuel Addaini istəyir

 Türkiyənin Superliqa klubu Emmanuel Addaini istəyir

“Qarabağ”ın futbolçusu Emmanuel Addai Türkiyədə çıxış edə bilər.

"Mediasport" “BBN Haber”ə istinadən xəbər verir ki, Türkiyə Super Liqası təmsilçisi "Konyaspor" qanalı vingerin transferində maraqlıdır.

Konya klubunun 24 yaşlı futbolçunun keçidi üçün bugünlərdə "Qarabağ"la təmasa keçəcəyi bildirilir.

Xatırladaq ki, Addainin Azərbaycan çempionu ilə anlaşması yayda başa çatacaq.