"Qarabağ" Türkiyə toplanışında Xorvatiya klubuna qalib gəldi
Türkiyədə təlim-məşq toplanışında olan "Qarabağ" növbəti yoxlama oyununu keçirib.
"Mediasport" xəbər verir ki, Qurban Qurbanovun komandası Xorvatiya təmsilçisi "Osiyek"lə qarşılaşıb.
İlk hissədə hesabda geri düşən "atlılar" fasilədən sonra 3 qol vuraraq inamlı qələbə qazanıblar.
Komandamızın heyətində Musa Qurbanlı, Aleksey Kaşşuk və Abbas Hüseynov fərqləniblər.
Xatırladaq ki, Azərbaycan çempionunun Antalyada sonuncu sınaq matçı bu gün saat 19:00-da Polşanın "Zaqlebye" komandasına qarşı olacaq.
Təmsilçimiz hazırlıq çərçivəsində daha əvvəl Özbəkistanın "Neftçi" klubunu məğlub edib (5:0).
