"Turnir cədvəlində mövqeyimiz hər şeyi göstərir" - Emin Mahmudov
"2025-ci il bizim üçün çox pis keçdi. Turnir cədvəlində mövqeyimiz hər şeyi göstərir".
Bunu "Mediasport"a açıqlamasında "Neftçi"nin futbolçusu Emin Mahmudov deyib.
Paytaxt klubunun kapitanı ilin yekunlarına dair sualı cavablandırmağa çətinlik çəkib:
"Bu haqda danışmaq asan deyil. Mövsümün əvvəlində avrokuboklardan kənarda qaldıq. Yeni mövsümdə də istədiyimiz kimi çıxış edə bilmədik. Danışmağa çox da söz yoxdur. Ümid edirəm ki, gələn il hər şey “Neftçi” üçün daha yaxşı olacaq".
Xatırladaq ki, "Neftçi" qış fasiləsinə 20 xalla turnir cədvəlinin 8-ci pilləsində yollanıb. Komanda liderdən azı 16 xal geri qalır.
