"Neftçi"nin yetirməsi Qırğızıstan klubu ilə müqavilə bağladı - RƏSMİ

Premyer Liqanı tərk edən "Səbail"dən ayrılan Mirabdulla Abasovun karyerasını harada davam etdirəcəyi dəqiqləşib.
"Mediasport" xəbər verir ki, hücumçu Qırğızıstan Premyer Liqasında oynayacaq.
30 yaşlı forvard yüksək liqa təmsilçisi “Abdış-Ata” ilə müqavilə bağlayıb. Kant təmsilçisi Abbasovun keçidini rəsmi açıqlayb.
Qeyd edək ki, "Neftçi"nin yetirməsi "ağ-qaralar"dan başqa, Latviyada "Dauqavpils" və "Sumqayıt"da çıxış edib. Son 3 ildə "Səbail"in heyətində 32 oyun keçirib.