"Neftçi" 5 ildən sonra "Qarabağ"ı məğlub etdi - "Sabah" çempion!

"Neftçi" 5 ildən sonra "Qarabağ"ı məğlub etdi - "Sabah" çempion!

Azərbaycan Premyer Liqasının 21-ci turundan təxirə salınan "Neftçi" – "Qarabağ" matçı baş tutub.

"Mediasport" xəbər verir ki, mövsümün sonuncu "Azərbaycan derbisi" "ağ-qaralar"ın meydanında keçirilib.

Avrokuboklara vəsiqə qazanmağa çalışan "Neftçi" 18 oyunluq aradan sonra rəqibini məğlub edərək 4-cü sıraya yüksəlib.

"Neftçi"nin qələbəsi "Sabah"ın da çempionluğu vaxtından əvvəl qazanmasına səbəb olub.


Azərbaycan Premyer Liqası. 21-ci tur


"Neftçi” – “Qarabağ” 2:1

Hakimlər: Kamranbəy Rəhimov, Rəhman İmami, Müslüm Əliyev, Rəşad Əhmədov

VAR: Elçin Məsiyev

AVAR: Elşad Abdullayev

Hakim-inspektor: Babək Quliyev 

AFFA nümayəndəsi: Elgiz Abbasov

“Palms Sports Arena”