Bu gün Konfrans Liqasında pley-offun bir cavab oyunu keçiriləcək
UEFA Konfrans Liqasında pley-off mərhələsi bu gün start götürəcək.
"Mediasport" xəbər verir ki, ilk gündə bir oyun keçiriləcək.
Bakı vaxtilə saat 20:45-də "Rapid" və "Harts" kollektivləri üz-üzə gələcəklər. Matç Avstriyada olacaq.
Komandalar arasında ötən həftə Şotlandiyada baş tutan ilk dueldə qalib müəyyənləşməyib - 2:2.
Raundun digər görüşləri sabah baş tutacaq, Azərbaycan təmsilçisi "Qarabağ" Bakıda meydana çıxacaq.


