Çempionlar Liqası: Əsas mərhələdə "Qarabağ"ın rəqibləri müəyyənləşir

Çempionlar Liqası: Əsas mərhələdə "Qarabağ"ın rəqibləri müəyyənləşir

Çempionlar Liqasının 2025-26 mövsümündə Liqa mərhələsində mübarizə aparacaq 36 klubun adı müəyyənləşib.

"Mediasport" xəbər verir ki, avrokuboklardakı yeganə təmsilçimiz "Qarabağ"ın püşkatma zamanı hansı səbətdə yer alacağı dəqiqləşib.

Bu gün Monakoda keçiriləcək püşkatmada Azərbaycan çempionu 4-cü səbətdə yer alacaq. 

Turnirin reqlamentinə əsasən, püşkdə Ağdam klubunun 4-ü evdə, 4-ü səfərdə olmaqla 8 rəqibi bəlli olacaq.

Mərasim saat 20:00-da start götürəcək.

Çempionlar Liqasının səbətləri:

1-ci səbət: PSJ (Fransa), "Real (İspaniya), Mançester Siti" (İngiltərə), "Bavariya" (Almaniya), "Liverpul" (İngiltərə), "İnter" (İtaliya), "Çelsi" (İngiltərə), "Borussiya D" (Almaniya), "Barselona" (İspaniya).

2-ci səbət: "Arsenal" (İngiltərə), Bayer" (Almaniya),​​ "Atletiko" (İspaniya), "Benfika" (Portuqaliya), "Atalanta" (İtaliya), "Vilyarreal" (İspaniya), "Yuventus (İtaliya), "Ayntraxt" (Almaniya), "Brugge" (Belçika).

3-cü səbət: "Tottenham" (İngiltərə), PSV, "Ayaks" (hər ikisi Niderland), "Napoli"(İtaliya), "Sportinq (Portuqaliya), "Slaviya" (Çexiya), "Olimpiakos" (Yunanıstan), “Bodo Qlimt” (Norveç), "Marsel" (Fransa).

4-cü səbət: “Kopenhagen” (Danimarka), "Monako" (Fransa), "Yunion" (Belçika), "Qalatasaray" (Türkiyə), "Qarabağ" (Azərbaycan), "Nyukasl" (İngiltərə), "Atletik" (İspaniya), “Kayrat” (Qazaxıstan), "Pafos" (Kipr).