Braziliyalı vətənində "Qarabağ"a uyğun futbolçu axtarmağa başladı

Yanvarda vətəni Braziliyaya yollanan Azərbaycan millisi və "Qarabağ"ın sabiq futbolçusu Riçard Almeyda Ağdam klubu üçün futbolçu axtarmağa başlayıb.
"Mediasport" xəbər verir ki, "köhlən atlar"ın heyətindən 300-dən çox matçda forma geyinmiş yarımmüdafiəçi bu haqda "Terra"ya açıqlamasında danışıb.
Hazırda Braziliyada "Primavera" klubunda çıxış edən 36 yaşlı "sambaçı" "Qarabağ"ın daha uğurlu olması üçün çalışmağa başladığını bildirib:
"Mənə öz profillərinə uyğun oyunçuları izləməyi və təhlil etməyi təklif etdilər. Əgər “Qarabağ” futbolçuları bəyənsə, onlarla danışacağam, agentlərinin olub-olmadığını, klubun şərtlərini və s. öyrənəcəyəm. Əslində klub braziliyalılara öyrəşib. Onlardan biri də hazırda "Flamenqu"da çıxış edən Juninyudur”.