"Neftçi" və millinin üzvü karyerasını yenidən Türkiyədə davam etdirəcək
Qadın futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Coşqunə Əliyeva "Neftçi"dən ayrılıb.
"Mediasport" xəbər verir ki, yarımmüdafiəçi karyerasını yenidən Türkiyədə davam etdirəcək.
24 yaşlı futbolçu Superliqa təmsilçisi "Qaziantep"ə keçib.
Xatırladaq ki, Əliyeva Türkiyədə daha əvvəl "Ereğli Belediyespor" və "Kireçburnuspor"da forma geyinib.
