Mövsüm start götürdü: "Şirvan" rəqib qapısından 6 top keçirdi

 Mövsüm start götürdü: "Şirvan" rəqib qapısından 6 top keçirdi

Futbol üzrə Azərbaycan 2-ci Liqasında 2026/2027-ci illər mövsümü start götürüb.

"Mediasport" xəbər verir ki, ilk oyun günündə 3 matç keçirilib.

Günün ən böyük hesabı Şirvanda qeydə alınıb. Şəhərin eyniadlı komandası "Kür-Araz"ın qapısından 6 top keçirib.

Tura sabah yekun vurulacaq.


Azərbaycan 2-ci Liqası. 1-ci tur


1 sentyabr (çərşənbə axşamı)

“Şəki” – “Ağdaş” 4:2

Hakimlər: Samir Musayev, Ağadur Mahmudov, Elvin Mədətov, Elçin Abdullayev

Hakim-inspektor: Rövşən Əhmədov

AFFA nümayəndəsi: Yavər Rəhimov

Zaqatala OİK stadionu, 16:00


“Qaradağ Lökbatan” – “Hypers” 2:1

Hakimlər: Nahid Xasıyev, Rizvan Süleymanov, Təhmin Cəlilbəyli, Nəriman Ağayev

Hakim-inspektor: Əmrah İbrahimov

AFFA nümayəndəsi: Bəhram Qurbanov

Lökbatan OİK stadionu, 17:00


“Şirvan” – “Kür-Araz” 6:1

Hakimlər: Kamil Aydınov, Ruslan Məmmədov, Samir Cabbarov, Sənan Bayramzadə

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Kifayət Mustafayeva

Şirvan OİK stadionu, 17:00


2 sentyabr (çərşənbə)

“Difai” – “Dinamo”

Hakimlər: Pərviz İbrahimov, Vüsal Xəlilzadə, İlkin Mustafazadə, Mehdi Yusifov

Hakim-inspektor: Zöhrab Qədiyev

AFFA nümayəndəsi: Azər Əsgərov

Palms Sports Futbol Mərkəzi (IV meydança), 17:00


“Zəngəzur” – “Ağstafa Gəncləri”

Hakimlər: Hacıağa Həsənov, Əkbər Əliyev, Əhməd Əhmədsoy, Vaqif Vəliyev

Hakim-inspektor: Ceyhun Haşımov

AFFA nümayəndəsi: Elman Musayev

Binə qəsəbə stadionu, 17:00


“Şəmkir” – “Marafon”

Hakimlər: Rəsul Babayev, Cavid Ömərov, Sadiq Əliyev, Rasim Musayev

Hakim-inspektor: Orxan Məmmədov

AFFA nümayəndəsi: Eldəniz Musayev

Şamaxı OİK stadionu, 17:00