"Fənərbaxça"nın ÇL oyunu Azərbaycanda canlı yayımlanacaq
UEFA Çempionlar Liqasında yoluna davam edən "Fənərbaxça"nın bugünkü qarşılaşması Azərbaycanda canlı yayımlanacaq.
"Mediasport" xəbər verir ki, İstanbul nəhənginin pley-offun ilk görüşü çərçivəsində "Olimpik" Lionla matçı "CBC Sport" kanalı vasitəsilə birbaşa təqdim ediləcək.
Türkiyədə keçiriləcək oyun Bakı vaxtilə saat 23:00-da start götürəcək.


