"Səbail"də XAOS davam edir: Bu dəfə də qələbə qazana bilmədilər
Futbol üzrə Azərbaycan 1-ci liqasında 16-cı tur start götürüb.
"Mediasport" xəbər verir ki, ilk oyun günündə iki matç keçirilib.
"Səbail" və "Baku Sportinq" arasında reallaşan Bakı derbisində "sülh" bağlanıb.
Adil Şükürovun gəlişindən sonra daha da xaotik duruma düşən, rəhbərliyin faktiki idarəetməsindən çıxan, qarşılaşmaların gedişində futbolçuları dava edən, baş məşqçinin əvəzetmə tapşırığına məhəl qoyulmayan Bayıl klubunda qələbəsiz seriya 3-ə çatıb.
Sabah lider "Şəfa" qalib gəlsə, aradakı xal fərqi 9-a çatacaq ki, bu da Premyer Liqa xülyası ilə yaşayan dənizçilərin kefini tamam korlayacaq.
Ötən tur MOİK-ə uduzan "Səbail" ondan əvvəl evdə "Şəfa" ilə heç-heçə etmişdi.
Tura sabah yekun vurulacaq.
Azərbaycan 1-ci liqası. 16-cı tur
24 fevral (çərşənbə axşamı)
“Şimal” – “Cəbrayıl” 3:2
Hakimlər: Murad Səlimov, Məmmədəli Kərimov, Rəşad Quliyev, Ruslan Quliyev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
Şamaxı OİK stadionu, 15:00
“Səbail” – “Baku Sportinq” 0:0
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Rəhman Aslanov, İslam Məmmədov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
“Bayıl Arena”, 17:00
25 fevral (çərşənbə)
“Şahdağ Qusar” – “Zaqatala”
Hakimlər: Namiq Bəkirov, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Elçin Abdullayev
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: İlham Əliyev
Şamaxı OİK stadionu, 15:00
“Difai” – “Şəfa”
Hakimlər: Rövşən Rəcəbov, Orxan İbişov, Samir Qaracayev, Mahmud Bağırzadə
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Törə Əhmədova
Ağsu şəhər stadionu, 15:00
“Mingəçevir” – MOİK
Hakimlər: Elvin Bayramov, Asif Abdullayev, Rasim Axundov, Kamil Aydınov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança), 15:00
