"Qəbələ"dən darmadağın, "Karvan" "İmişli" ilə "sülh" bağladı - VİDEO

Futbol üzrə Azərbaycan 1-ci liqasında 21-ci tura yekun vurulub.
"Mediasport" xəbər verir ki, ikinci oyun günündə lider "Qəbələ" darmadağına sevinib.
Premyer Liqaya vəsiqəni təmin edən Kaxaber Çxadadzenin komandası "Difai"ni 4 qolla yola salıb.
Turun mərkəzi matçında - elitaya yüksəlmək uğrunda yarışan "Karvan" və "İmişli" komandalarının duelində isə qalib müəyyənləşməyib.
Qeyd edək ki, turun əvvəlki oyun günündə Zaqatalada "qol yağışı" olub.
Autsayder "Qaradağ Lökbatan" liqada ardıcıl 5-ci dəfə heç-heçə edib.
Öz növbəsində son dönəmlərin yüksəlişdə olan komandası "Mingəçevir" növbəti xalını qazanıb.
Azərbaycan 1-ci Liqası. 21-ci tur
10 aprel
MOİK – “Cəbrayıl” 2:1
Hakimlər: Murad Səlimov, Aydın Baxşıyev, Elmin Süleymanov, Maqsud Şamıyev
Binə qəsəbə stadionu
“Zaqatala” – “Bakı Sportinq” 6:1
Hakimlər: Emin Əliyev, Orxan İbişov, Zakir Şükürzadə, Nazim Abdullayev
Zaqatala OİK stadionu
“Qaradağ Lökbatan” – “Mingəçevir” 0:0
Hakimlər: Alik Yunusov, Qəzənfər Məmmədov, Taleh Məmmədov, İslam Məmmədov
Lökbatan OİK stadionu
11 aprel (cümə)
“Karvan” – “İmişli” 1:1
Hakimlər: Rauf Cabarov, Zöhrab Abbasov, Rəhman Aslanov, Ruslan Quliyev
Yevlax şəhər stadionu
“Qəbələ” – “Difai” 4:0
Hakimlər: Rövşən Rəcəbov, Nurlan Əhmədzadə, Sadiq Əliyev, Niyaz Əhmədov
Qəbələ şəhər stadionu