"Sabah"dan 1-ci Liqa klubuna

  "Sabah"dan 1-ci Liqa klubuna

1-ci Liqa təmsilçisi "Şahdağ Qusar" yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.

"Mediasport" xəbər verir ki, bölgə təmsilçisi "Sabah"ın futbolçusu Seymur Məmmədovu heyətinə qatıb.

23 yaşlı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.

21 yaşadək futbolçulardan ibarət milli komandamızın da üzvü olmuş futbolçu son mövsümü icarə əsasında "Mingəçevir"də keçirib.