"Neftçi" ilə görüşlərdə daha çox qol vəziyyətləri yaradırıq"

"Neftçi" ilə görüşlərdə daha çox qol vəziyyətləri yaradırıq"

"Bizim üçün bura gələn bütün azarkeşlərimizə təşəkkür edirəm. Komandaya lazım olan dəstəyi verdilər. Məğlub olsaq da, yanımızda oldular. Bu, gələcək oyunlar üçün motivasiya olacaq".

"Mediasport" xəbər verir ki, bu sözləri "Kəpəz"in baş məşqçisi Azər Bağırov deyib.

Mütəxəssis Azərbaycan Kubokunun 1/4 final mərhələsinin "Neftçi" ilə cavab oyunu haqda danışıb:

"Məncə, qarlı havada maraqlı oyun alındı. Yaratdığımız epizodlarda qol vura bilmədik. "Neftçi" ilə görüşlərdə daha çox qol vəziyyətləri yaradırıq. Amma istifadə edə bilmirik. Bunun üzərində işləməliyik. Dinamik oyun oldu, qırmızı və sarı vərəqələr gördük".

Qeyd edək ki, Gəncə klubu "Neftçi"yə 0:2 və 0:1 hesabları ilə məğlub olaraq kubokda mübarizəni dayandırıb.