Xudiyev UEFA Region Kubokunda
Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev təyinat alıb.
"Mediasport" xəbər verir ki, o, UEFA Region Kubokunun qrup mərhələsinin üç oyununda hakim-inspektor kimi fəaliyyət göstərəcək.
Oktyabrın 15-dən 21-dək Sloveniyada təşkil olunacaq mini-turnir 2-ci qrupun oyunlarını əhatə edəcək.

