İntizam Komitəsi "Şamaxı"nın futbolçusuna 2 oyunluq cəza verdi
AFFA İntizam Komitəsinin iclası keçirilib.
"Mediasport" xəbər verir ki, toplantıda "Şamaxı"nın futbolçusu Dioqo Balau və "Araz-Naxçıvan"ın baş məşqçisi Andrey Demçenkonun cəzası açıqlanıb.
Yarımmüdafiəçi 2 oyunluq diskvalifikasiya edilib. Buna futbolçunun 26-cı turun "Zirə" ilə matçında ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alması səbəb olub.
Əyalət klubu həmçinin 1000 manat cərimə ödəyəcək.
Turun "Araz-Naxçıvan" – "Sabah" qarşılaşması başa çatdıqdan sonra sonra naxçıvanlıların baş məşqçisi Andrey Demçenko hakimin qərarına etiraz etdiyi üçün qırmızı vərəqə aldığına görə 1 oyunluq cəza alıb, klubu 2500 manat ziyana düşüb.
