Yankoviç həmyerlisini "Qarabağ"a gətirir - Qurban Qurbanovun yanına

Yankoviç həmyerlisini "Qarabağ"a gətirir - Qurban Qurbanovun yanına

Futbol üzrə Monteneqro Premyer Liqasında yarışan “Sutyeska” klubunun baş məşqçisi Deyan Yeleniç Azərbaycana gələcək.

"Mediasport" xəbər verir ki, məlumatı 45 yaşlı mütəxəssis paylaşıb.

“Fudbal fest” verilişində qonaq olan Yeleniç bildirib ki, A kateqoriyalı məşqçi lisenziyası üzrə təhsil çərçivəsində “Qarabağ” klubunun bazasında təcrübə qazanacaq:

“İnkişaf çox vacibdir. Təcrübə toplamaq üçün "Qarabağ"a gedəcəyəm. Bu istiqamətdə mənə lazım olan bütün dəstəyi Marko Yankoviç göstərdi.

Fikrimcə, bu səfər faydalı olacaq və öyrəndiklərimi "Sutyeska"da tətbiq edəcəyəm”.

Xatırladaq ki, Yeleniç 5-qat Monteneqro çempionuna ötən ilin noyabrından rəhbərlik edir. Nikşiç klubu 19 turdan sonra 36 xalla çempionatın lideridir.