"Bu cür tarixi olan klubda oynamaq mənim üçün şərəf idi"

"Neftçi” karyeramda ən çox oyun keçirdiyim və ən çox qol vurduğum kluba çevrildi. Bu cür tarixi olan klubda oynamaq mənim üçün şərəf idi".
"Mediasport" xəbər verir ki, bu fikirlər "Neftçi"dən ayrılan Yuri Matiasa məxsusdur.
Braziliyalı müdafiəçi sabiq komandası ilə bağlı vida paylaşımı edib:
“Neftçi" ailəsindən hər kəsi salamlayıram. Artıq vidalaşmağın vaxtıdır. Hər şeyə görə təşəkkür edirəm və hamınıza uğurlar arzulayıram.
Xatırladaq ki, 30 yaşlı müdafiəçi 2022/2023 mövsümünün əvvəlindən “Neftçi”nin formasını geyinirdi.
"Sambaçı" bu müddətdə 71 oyun keçirib və 10 qol vurub.