"Qarabağ" - "Neftçi" oyununun biletləri 5 manatdan satışa çıxarıldı

"Qarabağ" - "Neftçi" oyununun biletləri 5 manatdan satışa çıxarıldı

Oktyabrın 17-də Azərbaycan Premyer Liqasının 8-ci turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Neftçi” oyununun biletləri satışa çıxarılıb.

"Mediasport" xəbər verir ki, standart biletlərin qiyməti 5 manat, VIP biletlərin qiyməti isə 15 manat təşkil edir.

Biletləri iTicket.az platforması vasitəsilə onlayn əldə etmək mümkündür.

Oyun günü isə azarkeşlər QR biletlərini stadionun kassalarından və ya iTicket.az saytından ala biləcəklər.

Stadiona giriş yalnız QR biletlə mümkün olacaq. Azarkeşlərdən qeydiyyat zamanı şəxsi məlumatlarını düzgün daxil etmələri xahiş olunur.

Stadionun qapıları azarkeşlər üçün matçın başlanmasına 120 dəqiqə qalmış açılacaq.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq "Azərbaycan derbisi" saat 19:00-da start götürəcək.