"Qarabağ" və "Qalatasaray" gənc hücumçunu transfer etmək istəyir
"Qarabağ" heyətinə yeni hücumçu cəlb edə bilər.
"Mediasport" "Goal.kz" portalına istinadən xəbər verir ki, Ağdam klubu “Han-Tenqri”nin hücumçusu Hüseyn Qəmbərovla maraqlanır.
Forvardı Türkiyə nəhəngi “Qalatasaray” da istəyir.
Qazaxların iddiasına görə, tərəflər arasında danışıqlar gedir. Lakin oyunçunun hələ yetkinlik yaşına çatmadığı nəzərə alınmaqla, onun hələlik öz ölkəsində oynamağa davam etməsi planlaşdırılır.
Qəmbərov digər yerli özəl klub olan FFK-nın yetirməsidir. O, Almatı Liqasının ən yaxşı hücumçusu seçilib.
