Yankoviç yenidən milliyə çağırıldı

Yankoviç yenidən milliyə çağırıldı

"Qarabağ"ın daha bir legioneri ölkəsinin milli komandasına dəvət alıb.

"Mediasport" xəbər verir ki, Marko Yankoviç qarşıdakı rəsmi oyunlar üçün Monteneqro yığmasının düşərgəsində olacaq.

Ötən ay zədə səbəbindən komandadan kənar qalan yarımmüdafiəçi noyabrın 14-də DÇ-2026-nın seçmə mərhələsinin Cəbəllütariqlə səfər, 17-də isə Xorvatiya ilə ev matçlarında forma geyinə bilər.

Xatırladaq ki, Ağdam klubunun digər üzvü - qapıçı Mateuş Koxalski də ilk dəfə rəsmi görüşlər üçün Polşa seçməsinə çağırılıb.

Polşalılar noyabrın 14-də evdə Niderland, 17-də səfərdə Malta futbolçuları ilə üz-üzə gələcəklər.