Konfrans Lqiasında hazırlaşan "Araz-Naxçıvan"da 2 müqavilə

 Konfrans Lqiasında hazırlaşan "Araz-Naxçıvan"da 2 müqavilə

“Araz-Naxçıvan” müqavilə müddəti başa çatan iki futbolçu ilə yeni anlaşma imzalayıb.

"Mediasport" xəbər verir ki, Nuno Rodriges və Ramon Maçado 2025/2026 mövsümündə də “qırmızı-ağlar”ın formasını geyinəcək.

Hər iki futbolçu ilə müqavilə bir il müddətinə imzalanıb.

Qeyd edək ki, buna qədər baş məşqçi Elmar Baxşıyevlə yanaşı, İssof Paro, Ömər Buludov, Kristian Avram, Tərlan Əhmədli, Ürfan Abbasov, Bəxtiyar Həsənalızadə, Ülvü İsgəndərov və Vanderson Melo ilə də yeni müqavilə bağlanıb.