Fransa Liqa 1-də oynamış cinah müdafiəçisi "Neftçi"də - RƏSMİ

Fransa Liqa 1-də oynamış cinah müdafiəçisi "Neftçi"də - RƏSMİ

Premyer Liqa təmsilçisi "Neftçi" Fransa klubu "Monpelye"dən Falaye Sakonu azad agent kimi heyətinə qatıb.

"Mediasport" xəbər verir ki, paytaxt təmsilçisi Mali milli komandasının üzvü ilə 2+1 illik müqavilə imzalayıb.

30 yaşlı sağ cinah müdafiəçisi Sako 2023-cü ildən "Monpelye"nin formasını geyinib.

Xatırladaq ki, Fransa klubu ötən mövsümü Liqa 1-də 16 xalla sonuncu pillədə qərarlaşıb və aşağı liqaya yuvarlanıb.