"Qarabağ" - "Neftçi" matçının biletləri 3 manatdan satışa çıxarıldı

"Qarabağ" - "Neftçi" matçının biletləri 3 manatdan satışa çıxarıldı

Aprelin 19-da Azərbaycan Premyer Liqasının 31-ci turu çərçivəsində keçiriləcək "Qarabağ" - "Neftçi" matçının biletləri satışa çıxarılıb.

"Mediasport" xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq 3, 7 və 15 manat aralığında dəyişir.

Azarkeşlər biletləri iTicket.az-da onlayn, oyun günü isə həm iTicket.az-da onlayn, həm də Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə edə bilərlər.

Qapılar görüşün start fitindən 120 dəqiqə əvvəl açılacaq.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun saat 20:00-da başlanacaq.