"Şamaxı"da 8-ci ayrılıq
"Şamaxı" Rodriqo Fernandeslə yollarını ayırıb.
"Mediasport" xəbər verir ki, portuqaliyalının bölgə təmsilçisi ilə olan müqaviləsinin müddəti başa çatıb.
O, 2025/2026 mövsümündə əyalət klubunun heyətində bütün turnirlər daxil olmaqla, 5 oyuna çıxıb.
"Şirlər" buna qədər Kərim Rossi, Rüfət Abbasov, Emil Süleymanov, Ramiz Muradov, Davud Mənsumov, Abdulla Rzayev, Səlim Həşimovla vidalaşıb.


