Azərbaycan Premyer Liqasında yeni mövsümün tarixi açıqlandı

Azərbaycan Premyer Liqasında yeni mövsümün tarixi açıqlandı

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2025/2026-cı illər mövsümünün startı müəyyənləşib.

Peşəkar Futbol Liqasından "Mediasport"a verilən məlumata görə, çempionat avqustun 15-də başlanacaq.

Qeyd edək ki, yeni mövsümdə elitada 12 komanda mübarizə aparacaq. Son olaraq bu say 10-a bərabər idi.