"Şamaxı"nın əsas futbolçusunu Qazaxıstan klubları almaq istəyir
"Şamaxı"nın futbolçusu Kərim Rossi Azərbaycandan ayrıla bilər.
"Mediasport" xəbər verir ki, hücumçu Qazaxıstandan təklif alıb.
Məlumata görə, isveçrəli forvardla Qazaxıstanın Premyer Liqa klubları maraqlanır.
Xatırladaq ki, "Şamaxı"nın heyətində 30 oyuna 9 qol vurmuş 32 yaşlı futbolçunun əyalət təmsilçisi ilə müqaviləsi iyunun 30-da başa çatacaq.


