Respublika birinciliyi başa çatdı

  Respublika birinciliyi başa çatdı

Stolüstü tennis üzrə Respublika birinciliyinə yekun vurulub.

"Mediasport" xəbər verir ki, "Süa İdman - Sağlamlıq Mərkəzi"ndə keçirilən yarışda 2013-cü il və daha aşağı təvəllüdlü idmançılar bacarıqlarını göstəriblər.

Budəfəki birincilikdə paytaxt Bakı ilə yanaşı, Sumqayıt, Şəki, Şabran, Şamaxı, Şirvan və Qobustandan ümumilikdə 100-dən artıq iştirakçı qələbə uğrunda mübarizə aparıb.

Onlar şəxsi, qoşa və qarışıq qoşa növlərində qalib və mükafatçıları müəyyənləşdiriblər.

Respublika Birinciliyi

Qızların şəxsi mübarizəsi

1- ci yer: Mehin Mirzəbalayeva 

2- ci yer: Yasəmən Həbibova

3- cü yer: Səidə Qulizadə

3-cü yer: Banu İmanverdizadə

Oğlanların şəxsi mübarizəsi:

1- ci yer: Cəfər Almədədli 

2-ci yer: Saleh Hümbətov 

3-cü yer: Camal Kərim

3-cü yer: Əliəkbər Mirzəliyev

Qızların qoşa mübarizəsi:

1-ci yer: Yasəmən Həbibova - Mehin Mirzəbalayeva 

2-ci yer: Rüqəyya Cavadzadə - Gülnur Kərimli 

3-cü yer: Aylin Cabbarova - Fatimə Şahvələdova 

3-cü yer: Səidə Qulizadə - Aylin Şərifli

Oğlanların qoşa mübarizəsi:

1-ci yer: Saleh Hümbətov - Cəfər Almədədli 

2-ci yer: Əliəkbər Mirzəliyev - Camal Kərim 

3-cü yer: Vyaçeslav Esaukenko - Səid Quluzadə 

3-cü yer: Tunar Hüseynzadə - Həzrət Kamilov

Qarışıq-qoşa mübarizə:

1-ci yer: Cəfər Almədədli - Yasəmən Həbibova

2-ci yer: Əliəkbər Mirzəliyev - Mehin Mirzəbalayeva

3-cü yer: Saleh Hümbətov - Banu İmamverdizadə

3-cü yer: Raul Əsədov - Mehri Aslanzadə