Yığmamız Millətlər Liqasında İsraillə bərabərə qaldı

Azərbaycanın amputant futbolçulardan ibarət yığması Bakıda təşkil olunan Millətlər Liqasının C qrupunda növbəti matçını keçirib.
"Mediasport" xəbər verir ki, Ramil Həbibovun baş məşqçisi olduğu komanda İsraillə qarşılaşıb.
"Bayıl Arena" stadionunda baş tutan görüşdə qapılara qol vurulmayıb.
Qeyd edək ki, milli ötən gün Belçikanı 3:0 hesabı ilə məğlub etmişdi.
Komandamızın növbəti matçları oktyabrın 19-da Niderland və Ukrayna millilərinə qarşı olacaq.