FİFA prezidenti Azərbaycan və Özbəkistana təbrik ünvanladı

FİFA prezidenti Azərbaycan və Özbəkistana təbrik ünvanladı

FİFA prezidenti Canni İnfantino Azərbaycan və Özbəkistanın 2027-ci ildə U-20 dünya çempionatına birgə ev sahibliyi edəcəyi ilə bağlı təbrik mesajı paylaşıb.

"Mediasport" xəbər verir ki, dünya futbol təşkilatının rəhbəri sosial şəbəkə hesabında etdiyi paylaşımda qurumun irəliyə doğru daha bir addım atdığını vurğulayıb:

"FİFA Azərbaycan və Özbəkistanı 2027-ci il U-20 dünya çempionatının ev sahibi təyin edib. Həmçinin Londonun 2026-cı ildə keçiriləcək qadınlararası Çempionlar Kubokunun ilk final mərhələsinə ev sahibliyi təsdiqlənib.

FİFA-nın Azərbaycan və Özbəkistanı seçdiyini bildirməkdən məmnunam. Bu tarixi turnir Avropa və Asiyanı birləşdirəcək, idmanımızın ən parlaq gənc istedadını nümayiş etdirəcək. İki assosiasiyanın birgə ev sahibliyi edəcəyi ilk turniri səbirsizliklə gözləyirəm".