Apellyasiya Arbitraj Tribunalı sabiq milli üzvünün cəzasını azaltdı

Apellyasiya Arbitraj Tribunalı  sabiq milli üzvünün cəzasını azaltdı

Futbol üzrə Azərbaycan 2-ci Liqasında yarışan “Hypers Guba"nın apellyasiya şikayəti qismən təmin edilib.

"Mediasport" xəbər verir ki, Apellyasiya Arbitraj Tribunalı AFFA İntizam Komitəsinin hücumçu Ruslan Qurbanova verdiyi 4 oyunluq cəzanı 2 matça endirib.

Azərbaycan yığmasının sabiq forvardına üç aylıq sınaq müddəti təyin olunub.

Xatırladaq ki, futbolçu 14-cü turun "Şəmkir"lə ev görüşündə hakimi təhqir etdiyi üçün cəzalanmışdı.

İntizam Komitəsinin Quba təmsilçisinin 300 manatlıq cərimə qərarı qüvvədə saxlanılıb.