Yığmamızın sabiq futbolçusu əyalət klubunda oynayacaq

 Yığmamızın sabiq futbolçusu əyalət klubunda oynayacaq

U-21 Azərbaycan millisinin sabiq futbolçusu İlkin Muradov karyerasını “Karvan-Yevlax”da davam etdirəcək.

"Mediasport" xəbər verir ki, yarımmüdafiəçi "Baku Sportinq"dən ayrılaraq aranlılarla anlaşıb.

30 yaşlı futbolçu ilə 1 illik müqavilə bağlanıb.

O, daha əvvəl "Zirə", "Səbail", "Şamaxı" və "Abdiş-Ata" (Qırğızıstan) klublarında forma geyinib.