Azərbaycan yığması Avropa çempionatında 3-cü yeri tutdu

 Azərbaycan yığması Avropa çempionatında 3-cü yeri tutdu

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Avropa çempionatı-2025-də (EBSL) 3-cü yeri tutub.

"Mediasport" xəbər verir ki, B Liqasında yer alan yığmamız bürünc medal uğrunda qarşılaşmada Qazaxıstan futbolçularına qalib gəlib - 7:1.

Komandamızın heyətində qolları Elçin Qasımov, Kamran Qürbətov, Bayram Bayramlı, Sahib Məmmədov, Orxan Məmmədov, Ramil Əliyev və Comərd Baxşəliyev vurublar.