Babək Quliyev Avropa Konfrans Liqası matçı üçün Çexiyaya yollanır

 Babək Quliyev Avropa Konfrans Liqası matçı üçün Çexiyaya yollanır

Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan növbəti təyinat alıb.

"Mediasport" xəbər verir ki, O, UEFA Konfrans Liqasının Liqa mərhələsinin VI turu çərçivəsində keçiriləcək “Sparta” (Çexiya) - “Aberdin” (Şotlandiya) görüşünün hakim-inspektoru olacaq.

Qarşılaşma dekabrın 18-də Praqa şəhərində yerləşən “Letna” stadionunda baş tutacaq.