"Zirə"də 18 yaşlı yarımmüdafiəçi - Vinger 4 illik müqaviləyə qol çəkdi

“Zirə” yeni futbolçu ilə anlaşıb.
"Mediasport" xəbər verir ki, komanda Əbdül Əziz Batibieni heyətinə qatıb.
"Qartallar" toqolu yarımmüdafiəçi ilə 4 illik müqavilə bağlayıblar.
18 yaşlı vinger karyerasında ilk dəfə legioner həyatı yaşayacaq.