Azər Bağırovdan ilk transfer

Azər Bağırovdan ilk transfer

"Şamaxı" yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.

"Mediasport" xəbər verir ki, Azər Bağırovu baş məşqçi postuna gətirən region komandası ilk transferini reallaşdırıb.

"Şirlər" Uğur Cahangirovu heyətinə qatıblar.

Başa çatan mövsümü "Karvan-Yevlax"da keçirmiş 25 yaşlı hücumçu daha əvvəl şamaxılıların, həmçinin "Sumqayıt"ın formasını geyinib.

Qeyd edək ki, əyalət təmsilçisi bugünlərdə Ayxan Abbasov Kərim Rossi, Rüfət Abbasov, Emil Süleymanov, Ramiz Muradov, Davud Mənsumov, Abdulla Rzayev, Səlim Həşimov, Rodriqo Fernandes, Andrey Tirkoveanu, Arsen Ağcabəyov, Rafael Məhərrəmli, Vladislav Veremeyev, Nihat Mehralıyev, Bilal İsmayılov, Sezar Enrike, Ravil Qafarov və Alfons Mabula Msanqa ilə vidalaşıb, Abdulla Seydəhmədov və Həbib İsmayılovla müqaviləni yeniləyib.