"Araz-Naxçıvan" "Kəpəz"i məğlub etdi, "Qarabağ" "Zirə" ilə bərabərə qaldı
Azərbaycan Premyer Liqasında 4-cü tura start verilib.
"Mediasport" xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma baş tutub.
Cari mövsüm xal və qələbə qazana bilməyən "Kəpəz" "Araz-Naxçıvan"la üz-üzə gəlib.
Son çempion "Qarabağ" isə doğma azarkeşlər önündə "Zirə"ni qəbul edib.
Turun digər oyunları 13-14 sentyabrda keçiriləcək.
Azərbaycan Premyer Liqası. 4-cü tur
"Kəpəz" - "Araz-Naxçıvan" 0:2
Qol: Slavik Alxasov, 65, Bar Kohen, 86.
Hakimlər: Rauf Cabarov, Zöhrab Abbasov, Şirmamed Mamedov, İslam Məmmədov.
VAR: Əliyar Ağayev.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Qəbələ şəhər stadionu.
"Qarabağ" - "Zirə" 1:1
Qol: Ruan Renato (penalti), 39.
Hakimlər: Rəşad Əhmədov, Tərlan Talıbzadə, Teymur Teymurov, Elvin Bayramov.
VAR: Nicat İsmayıllı.
AVAR: Əli Əliyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
"Azərsun Arena".
