Emin Mahmudov Qurban Qurbanovun qol sayına çatdı
Emin Mahmudov “Neftçi”də 70-ci qolunu vurub.
"Mediasport" xəbər verir ki, Yarımmüdafiəçinin yubiley topu Misli Premyer Liqasının XXV turuna təsadüf edib.
“Ağ-qaralar”ın kapitanı “İmişli” ilə ev matçında (6:0) fərqlənib.
Emin 2017-ci ildən çıxış etdiyi “Neftçi” forması ilə çıxdığı 281-ci oyunda 70-ci qolunu vurub.
O, Premyer Liqada 54 (229 oyunda), ölkə kubokunda 7 (27 oyunda), avrokuboklarda 9 (25 oyunda) dəfə rəqib qapılarına yol tapıb.
Emin “Neftçi”nin 89 illik tarixində 70 və ya daha çox qol vuran 10-cu futbolçudur.
O, eyni sayda qol vuran Qurban Qurbanovla 9-10-cu yerləri bölüşür.
Qeyd edək ki, “Neftçi” tarixinin bombardiri Samir Ələkbərovun hesabında 142 qol var.
