"Sabah" Şamaxı səfərində, "Səbail" Zirədə məğlub oldu - YENİLƏNDİ

Futbol üzrə Azərbaycan Premyer Liqasında 26-cı turun görüşləri keçirilir.
"Mediasport" xəbər verir ki, ikinci oyun günündə iki matç baş tutub.
Tura sabah iki duellə yekun vurulacaq.
Həftənin ilk qarşılaşmasında lider "Qarabağ" "Araz-Naxçıvan" üzərində qələbə qazanıb (3:1).
Azərbaycan Premyer Liqası. 26-cı tur
"Şamaxı” - “Sabah” 1:0
Qol: Edqar Adilxanov, 31.
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov.
VAR: Rauf Allahverdiyev.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: İmanxan Sultani.
Şamaxı şəhər stadionu
“Zirə” - “Səbail” 1:0
Qol: Ruan Renato, 90+6.
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Kamranbəy Rəhimov
VAR: Rəşad Əhmədov
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Ceyhun Haşımov
Zirə İdman Kompleksinin stadionu