"Zirə" qış planını açıqladı

 "Zirə" qış planını açıqladı

“Zirə"nin qış hazırlıq planı açıqlanıb.

"Mediasport" xəbər verir ki, Rəşad Sadıqovun komandası yanvarın 3-də Bakıda bir araya gələcək.

Hazırlığın ilk mərhələsi yanvarın 10-na qədər paytaxtda davam edəcək.

Toplanışın ikinci mərhələsi isə yanvarın 10-dan 17-dək Türkiyənin Antalya şəhərində baş tutacaq.

Burada iki yoxlama oyununun keçirilməsi nəzərdə tutulub.