"Sumqayıt" Macarıstan, Serbiya və Xorvatiya klublarına qarşı

"Sumqayıt" Macarıstan, Serbiya və Xorvatiya klublarına qarşı

"Sumqayıt" qış təlim-məşq toplanışı üçün Türkiyənin Antalya şəhərinə yollanıb.

"Mediasport" xəbər verir ki, Saşa İliçin komandası burada ilk məşqinə çıxıb.

"Gənclik şəhəri" təmsilçisi Lara bölgəsində yanvarın 17-dək hazırlaşacaq və bu müddətdə 3 yoxlama matçında qüvvəsini yoxlayacaq.

Rəqiblər yanvarın 9-da Macarıstanın "Pakş", 12-də Serbiyanın OFK, 16-da isə Xorvatiyanın "Osiyek" klubları olacaqlar.